Bu gün 91 yeni mənzil satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Bu gün 91 yeni mənzil satışa çıxarılır -

 Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən 91 yeni və tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Aylıq ödənişlər isə 419 manatdan başlayır.

Monetar.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu yeni mənzillərin seçiminə noyabrın 24-də saat 15:00-dan etibarən başlayacaq.

Mənzillərin 27-si Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində, 38-i Sumqayıt şəhərinin Sülh prospektində, 26-sı isə Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində yerləşir.

Müraciətlərin qəbulu və mənzillərin seçimi "Mygov" portalındakı "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə aparılacaq. Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.