Dekabrın 4-də keçiriləcək BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və buraxılış vərəqəsini təqdim etmək mütləqdir. Bu sənədlərdən biri olmadıqda və ya məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.