Rəqəmsal ödənişlər kartları geridə qoyub 

Rəqəmsal ödənişlər kartları

2025-ci ildə dünyada elektron ticarət üzrə ödəniş əməliyyatlarının ümumi dəyərinin 56 faizi mobil cüzdanların payına düşüb. Beləliklə, mobil cüzdanlar internet üzərindən alış-veriş zamanı istifadə olunan əsas ödəniş üsuluna çevrilərək ənənəvi bank kartlarını geridə qoyub.

Monetar.az xəbər verir ki, Statistanın məlumatına görə, 2026-cı ildə rəqəmsal ödəniş bazarında artım davam edir. İstehlakçılar daha sürətli və rahat ödəniş imkanlarına üstünlük verdikcə mobil ödəniş həllərinin əhəmiyyəti artır.

Dəyişiklik yalnız mobil cüzdanlarla məhdudlaşmır. Real vaxt rejimində həyata keçirilən ödəniş əməliyyatlarının qlobal həcminin 2025-ci ildəki 60 trilyon dollardan 2030-cu ildə 129 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.

Bu isə 5 il ərzində real vaxt ödənişlərinin həcminin iki dəfədən çox artacağı deməkdir. Banklar və ödəniş şirkətləri üçün bu tendensiya yeni texnologiyalara investisiya qoyuluşunu və rəqəmsal xidmətlər arasında rəqabəti daha da gücləndirir.