2026-cı il noyabrın 1-nə Azərbaycandakı sənaye müəssisələrinin anbarlarında 1 milyard 155,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ehtiyatların 51,7 faizi Bakının, 12,7 faizi Sumqayıtın, 3,7 faizi Gəncənin payına düşüb. Gədəbəyin payı 3,9 faiz, Abşeron rayonunun payı isə 2,7 faiz təşkil edib.
Beləliklə, sənaye müəssisələrinin hazır məhsul ehtiyatlarının yarıdan çoxu paytaxtda cəmləşib.