Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il sentyabrın 30-da Bakıda imzalanmış saziş təsdiq edilib.
Sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi təmin edəcək.
Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çexiya Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.