ABŞ Prezidenti Donald Tramp Nvidia-nın direktorlar şurasına müraciət edərək şirkətin keçmiş rəhbəri Censen Huanqın vəzifəsinə qaytarılmasını istəyib. Onun sözlərinə görə, bu qərar həm şirkətin, həm də ABŞ-ın maraqlarına uyğun olardı.
Tramp Truth Social hesabında yazıb ki, Huanqın yenidən işə götürülməsi Nvidia üçün ən yaxşı seçim olardı.
Prezidentin açıqlaması Huanqın noyabrın 12-də vəzifəsindən getməsi ətrafında yaranan qalmaqal fonunda səslənib. Keçmiş rəhbərin nikahdankənar münasibətləri, o cümlədən ABŞ kəşfiyyatının Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqələrdə şübhəli bildiyi Çin vətəndaşı Elis Huanqla münasibətləri barədə məlumatlar yayılıb.
Tramp daha əvvəl də Huanqın müdafiəsinə qalxaraq onun səhvlərindən nəticə çıxardığını və ikinci şansa layiq olduğunu bildirmişdi.
Bununla belə, Nvidia-nın direktorlar şurasının sədri Harvi Cons ötən həftə Huanqın vəzifəsinə qaytarılmasının nəzərdə tutulmadığını açıqlayıb. Şirkət yeni baş direktorun seçilməsi üçün Heidrick & Struggles kadr şirkətini prosesə cəlb edib.
Qalmaqal ABŞ hakimiyyətinin Nvidia çiplərinin Çinə tədarükü məsələsinə də diqqətini artırıb. Maliyyə naziri Skott Bessent dünən bildirib ki, hökumət bu məsələ ilə bağlı şirkətdən izahat tələb edir.
MONETAR.AZ