Ev tikintisinə ayrılan investisiyalar azalıb

Ev tikintisinə ayrılan

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 9 milyard 137 milyon manatı məhsul istehsalı sahələrinə, 5 milyard manatı xidmət sahələrinə, 2 milyard 382,8 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Beləliklə, ümumi investisiyaların 14,4 faizi mənzil tikintisinin payına düşüb. Bununla belə, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyalar real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb.