Tesla şirkəti Çində istehsal həcmini daha da genişləndirmək niyyətindədir. Bu barədə CCTV dövlət televiziyası ilə əlaqəli “Yuyuan Tantian” nəşri şirkətin baş direktoru İlon Maskın Şençjendə yerli rəsmilərlə keçirdiyi görüşə istinadən məlumat yayıb.
Mask Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün ABŞ Prezidenti Donald Trampı nümayəndə heyətinin tərkibində müşayiət edib.
Məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Teslanın Şanxaydakı zavodundan 810 889 ədəd Model 3 və Model Y avtomobili tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% artım deməkdir.
Şanxay zavodu şirkətin əsas istehsal mərkəzi statusunu qoruyur. Müəssisədə istehsal olunan avtomobillər həm Çin bazarına yönəldilir, həm də Avropa və Avstraliya daxil olmaqla xarici ölkələrə ixrac edilir.
Asiyaya daha genişmiqyaslı səfəri çərçivəsində İlon Mask Çin Beynəlxalq Ticarətin Təşviqi Komitəsinin sədri Jen Xunbin və digər yüksəkvəzifəli rəsmilərlə də görüş keçirib.
MONETAR.AZ