İstehlakçılar məlumat sızdıran şirkətlərdən uzaqlaşır

İstehlakçılar məlumat sızdıran

ABŞ, Böyük Britaniya və Almaniyada istehlakçıların böyük hissəsi məlumat təhlükəsizliyi pozuntularına yol verən şirkətlərdən alış-veriş etməkdən çəkinir. Sorğuda iştirak edənlərin 77-88 faizi şəxsi məlumatlarının necə toplandığı və istifadə edildiyi barədə şəffaflığın vacib olduğunu bildirib.

Monetar.az xəbər verir ki, Statista Consumer Insights araşdırması istehlakçıların alış qərarlarında məlumat təhlükəsizliyinin və şirkətlərin etibarlılığının əhəmiyyətini ortaya qoyur.

Bundan başqa, respondentlər elektronika məhsulları alarkən enerji səmərəliliyinə, davamlılığa və uzunömürlülüyə də diqqət yetirirlər. Bununla belə, sorğuda iştirak edənlərin yalnız 36-40 faizi işlənmiş və ya bərpa edilmiş texnologiya məhsullarına müsbət yanaşır. Bu isə istehlakçıların ekoloji məsələlərə marağına baxmayaraq, yeni məhsullara üstünlük verməyə davam etdiyini göstərir.