Dünyada elektrik enerjisinə tələbat 2050-ci ilədək 81 faiz artacaq 

Dünyada elektrik enerjisinə tələbat

 Dünyada elektrik enerjisinə tələbatın 2050-ci ilədək 81 faiz artacağı proqnozlaşdırılır. Artımın əsas səbəbləri arasında süni intellekt texnologiyalarının geniş yayılması, məlumat mərkəzlərinin enerji ehtiyaclarının yüksəlməsi və iqlim dəyişikliyi nəticəsində soyutma sistemlərindən istifadənin artması göstərilir.

Monetar.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına əsasən, elektrik enerjisinə tələbat Afrikada 174 faiz, Yaxın Şərqdə 105 faiz artacaq. Asiya-Sakit okean regionunda isə artımın 93 faiz təşkil edəcəyi və elektrik istehlakının 29 372 teravatt-saata çatacağı gözlənilir.

Bu tendensiya yaxın onilliklərdə enerji infrastrukturuna investisiyaların artırılmasını zəruri edə bilər. Xüsusilə məlumat mərkəzlərinin və süni intellekt sistemlərinin sürətlə genişlənməsi elektrik enerjisinə olan tələbatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir.