2026-cı ilin 9 ayında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin 92,9 faizi qeyri-dövlət sektorunda yaradılıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, açılmış yeni iş yerlərinin 77,3 faizi Bakının payına düşüb. Abşeron-Xızı iqtisadi rayonunun payı 6,6 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonunun payı isə 2,4 faiz olub.
Yeni iş yerlərinin 77,6 faizi mövcud müəssisə və təşkilatlarda, 22,1 faizi yeni yaradılmış müəssisələrdə, 0,3 faizi isə fəaliyyətini bərpa etmiş müəssisələrdə açılıb.