Qatlanan iPhone Duo üçün uyğunlaşdırılmış tətbiqlərin sayı 200 mini ötüb

Qatlanan iPhone Duo üçün uyğunlaşdırılmış tətbiqlərin sayı

Apple-ın qatlanan iPhone Duo smartfonu üçün xüsusi uyğunlaşdırılmış tətbiqlərin sayı 200 mini keçib. Bu barədə şirkətin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Qreq Cosviak məlumat verib.

Qeyd olunan tətbiqlərin sayı cəmi 10 gündən bir qədər artıq müddətdə iki dəfə artıb. Belə ki, Apple noyabrın 6-da cihaz üçün uyğunlaşdırılmış proqramların sayının 100 minə çatdığını açıqlamışdı.

Xüsusi olaraq iPhone Duo üçün hazırlanmış və ya uyğunlaşdırılmış tətbiqlər «Made for iPhone Duo» nişanı ilə fərqləndirilir. Bu işarə proqramın smartfonun daxili ekranına və interfeys xüsusiyyətlərinə uyğunlaşdırıldığını göstərir.

iPhone Duo 7,6 düymlük daxili və 5,4 düymlük xarici ekranla təchiz olunub. Cihazın qeyri-adi geniş ekran formatı tətbiqlərin hər iki displeydə düzgün işləməsini təmin etmək üçün Apple-ı iOS-un bəzi interfeys elementlərini yenidən işləməyə vadar edib.

MONETAR.AZ