Tramp Çinin daha 250 Boeing təyyarəsi alacağını gözləyir 

Tramp Çinin daha 250 Boeing

 ABŞ Prezidenti Donald Tramp Çinə 250 ədəd Boeing təyyarəsi satıldığını bildirib. O, Çinin ABŞ-ın təyyarə istehsalçısından əlavə 250 təyyarə də alacağını gözlədiyini deyib.

Monetar.az xəbər verir ki, Tramp bu barədə CNBC telekanalına müsahibəsində Çinlə təyyarə ticarətini şərh edərkən danışıb.

"Çinə 250 Boeing təyyarəsi satdım və düşünürəm ki, onlar daha 250 təyyarə alacaqlar", - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Tramp may ayında Çin sədri Si Cinpinin Boeing-dən 200 təyyarə almağa razılıq verdiyini açıqlamışdı.