Əmtəə bazarlarında gümüş və şəkər bahalaşıb, təbii qaz 7 faizdən çox ucuzlaşıb

Əmtəə bazarlarında gümüş və şəkər bahalaşıb,

Dünya əmtəə bazarlarında son ticarət sessiyasında fərqli qiymət dəyişiklikləri qeydə alınıb. Qiymətli metallar arasında gümüş 5,28 faiz bahalaşaraq ən yüksək artım göstərib. Enerji bazarında isə təbii qazın qiyməti 7,07 faiz azalıb.

Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında şəkərin qiyməti 3,23 faiz, pambığın qiyməti isə 2,21 faiz artıb. Əksinə, palma yağı 1,80 faiz, kauçuk isə 0,79 faiz ucuzlaşıb.

Metallar bazarında gümüşlə yanaşı qızılın qiyməti 3,39 faiz, misin qiyməti isə 2,92 faiz yüksəlib. Silisium 3,77 faiz, litium karbonat isə 1,04 faiz dəyər itirib.

Enerji məhsulları arasında ən kəskin ucuzlaşma təbii qazda qeydə alınıb. Onun qiyməti 7,07 faiz azalıb. İstilik yağı 4,51 faiz, benzinin qiyməti 3,20 faiz, xam neft 2,82 faiz, "Brent" markalı neft isə 2,75 faiz ucuzlaşıb.

Bununla yanaşı, Avropa təbii qazının qiyməti 3,43 faiz, Böyük Britaniya təbii qazının qiyməti 2,75 faiz, Almaniyanın THE indeksli qazının qiyməti isə 2,48 faiz artıb.