Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Sənədlərin qəbulubu gün başlayaraq bir ay müddətində aparılacaq.
Monetar.az xəbər verir ki, müsabiqə aşağıdakı fakültələr üzrə elan edilib:
-
Tarix fakültəsi - 1 dekan vəzifəsi
-
Biologiya fakültəsi - 1 dekan vəzifəsi
-
Mexanika-riyaziyyat fakültəsi - 1 dekan vəzifəsi
-
Geologiya fakültəsi - 1 dekan vəzifəsi
-
Filologiya fakültəsi - 1 dekan vəzifəsi
-
Fizika fakültəsi - 1 dekan vəzifəsi
-
Sosial elmlər və psixologiya fakültəsi - 1 dekan vəzifəsi
-
İnformasiya və sənəd menecmenti fakültəsi - 1 dekan vəzifəsi
-
Jurnalistika fakültəsi - 1 dekan vəzifəsi
Müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən qəbul ediləcək.
Sənədlər bir ay ərzində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında qəbul olunacaq.