Şirkətlərin İT xərcləri 6 trilyon dolları ötəcək - Süni intellekt investisiyaları artırır

Şirkətlərin İT xərcləri 6 trilyon dolları ötəcək -

2026-cı ildə dünyada informasiya texnologiyalarına (İT) çəkilən ümumi xərclərin 6,08 trilyon dollara çatacağı gözlənilir. Bu, 2025-ci ildə qeydə alınan 5,54 trilyon dollarla müqayisədə təxminən 9,7 faiz çoxdur.

Monetar.az xəbər verir ki, İT xərclərinin artımında süni intellekt infrastrukturu, bulud texnologiyaları, proqram təminatı və kompüter avadanlıqlarına tələbat mühüm rol oynayır.

Süni intellektin geniş yayılması şirkətlərin texnoloji investisiya qərarlarını da dəyişir. 2023-cü ildə dünya üzrə təşkilatların 33 faizi generativ süni intellektdən istifadə etdiyi halda, 2025-ci ildə bu göstərici 79 faizə yüksəlib. 2026-cı ildə isə təşkilatlarda süni intellektin tətbiqi səviyyəsinin 89 faizə çatdığı bildirilir.

Digər diqqətçəkən məqam süni intellekt infrastrukturu ilə bağlıdır. Bu sahədə qlobal xərclərin 2026-cı ildə təxminən 1,48 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Beləliklə, süni intellekt artıq yalnız texnologiya şirkətlərinin deyil, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin də investisiya prioritetlərindən birinə çevrilir.