İtaliyada zeytun yağı bir ildə 52 faiz ucuzlaşıb - Qiymətlərdə enmə davam edir

İtaliyada zeytun yağı bir ildə 52 faiz ucuzlaşıb -

 İtaliya bazarında zeytun yağının bir tonunun qiyməti 5 437 dollar təşkil edib. Bu, ötən ilin eyni ayındakı 11 262 dollarla müqayisədə təxminən 52 faiz azdır. İspaniya və Yunanıstan bazarlarında da illik ucuzlaşma qeydə alınıb.

Monetar.az xəbər verir ki, oktyabrda zeytun yağının qiyməti əvvəlki ayla müqayisədə İtaliyada 4,3 faiz, İspaniyada 3,1 faiz, Yunanıstanda isə 3,3 faiz azalıb.

Belə ki, sentyabr ayında İspaniya bazarında bir ton zeytun yağının qiyməti 4 043 dollar, Yunanıstanda isə 4 147 dollar təşkil edib. Avqust ayında bu göstəricilər müvafiq olaraq 4 172 və 4 288 dollar olub.

İllik müqayisədə də hər üç bazarda ucuzlaşma müşahidə edilir. İspaniyada qiymət 2025-ci ilin sentyabrındakı 4 939 dollardan 4 043 dollara, Yunanıstanda isə 5 197 dollardan 4 147 dollara düşüb.

İtaliya bazarında qiymət azalması daha kəskin olub. Ötən ilin sentyabrında 11 262 dollar təşkil edən bir ton zeytun yağı cari ilin oktyabrında 5 437 dollara qədər ucuzlaşıb.

Qeyd edək ki, zeytun yağı qiymətləri 2024-cü ildə də yüksək səviyyələrdə olub.