Azərbaycanda ət istehsalı artıb, süd istehsalı isə dəyişməyib

Azərbaycanda ət istehsalı artıb,

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə 504,5 min ton ət istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə süd istehsalı 1 milyon 883,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb.

Yumurta istehsalı 0,9 faiz artaraq 1 milyard 993,1 milyon ədədə çatıb. Bunun əksinə, yun istehsalı 3,4 faiz azalaraq 14,1 min ton, barama istehsalı isə 16,5 faiz azalaraq 155,8 ton olub