Dünya bazarında misin qiyməti yenidən enişə keçib. London Metal Birjasında (LME) mis fyuçersləri 2,56% azalaraq bir ton üçün 12 201 dollara, Comex birjasında isə 1,94% ucuzlaşaraq 5,5032 dollara düşüb.
Həftəlik müqayisədə misin qiyməti LME-də 7,90%, Comex-də isə 8,17% geriləyib. Ay ərzində ucuzlaşma müvafiq olaraq 14,95% və 15,53% təşkil edib. İlin əvvəlindən isə metal LME-də 2,19%, Comex-də 3,26% dəyər itirib.
Bloomberg-in məlumatına görə, Nvidia-nın rəhbəri Censen Huanqın vəzifəsinə qayıtmasından sonra bazarlarda yaranan müsbət əhval-ruhiyyə misin bahalaşmasına da təkan versə də, bu yüksəliş davamlı olmayıb. Bazar ertəsi LME-də üçaylıq mis fyuçersləri 2,7% artaraq mayın ortalarından bəri ən güclü gündəlik yüksəlişini göstərmişdi.
Mis bazarına Çində tələbatın zəifliyi, ABŞ Federal Ehtiyat Sisteminin mümkün faiz artımları, ABŞ-ın idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik və süni intellekt sektoruna çəkilən xərclərlə bağlı narahatlıqlar təzyiq göstərir.
ABŞ-da toplanmış mis ehtiyatlarının ölkədən çıxarılması ehtimalı da bazarda ticarət axınlarının dəyişəcəyinə dair gözləntiləri gücləndirir. Analitiklərə görə, son iki ildə misin bahalaşmasını dəstəkləyən amillər zəifləyir.
MONETAR.AZ