2026-cı ilin ortalarında qızıl ABŞ-ın rəsmi qızıl-valyuta ehtiyatlarının 81 faizindən çoxunu təşkil edib. Ölkənin qızıl ehtiyatları 8 130 tonu ötərək Almaniyanın göstəricisindən iki dəfədən çox yüksək olub.
Monetar.az xəbər verir ki, 2025-ci ildə qızıla investisiya tələbi ilk dəfə zərgərlik sektorunun tələbatını üstələyib. İnvestisiya məqsədilə alınan qızılın həcmi 2 200 tonu keçib.
Qızılın qiyməti də son illərdə kəskin dəyişib. 2024-cü ilin sonunda bir unsiya qızılın aylıq orta qiyməti 2 648 dollar təşkil etdiyi halda, 2026-cı ilin fevralında 5 020 dollara yüksələrək zirvəyə çatıb. Həmin ilin oktyabrında qiymət 4 105 dollar səviyyəsində olub.
Proqnozlara əsasən, 2027-ci ildə qızılın orta qiyməti bir unsiya üçün təxminən 4 300 dollar təşkil edə bilər.
Qızıla investisiya qoyuluşunun əsas vasitələrindən biri olan "SPDR Gold Trust" fondunun aktivləri 2025-ci ilin ortalarında 101 milyard dolları ötüb.