Amerikalılar adambaşına süd istehlakını azaldır

Amerikalılar adambaşına süd istehlakını

ABŞ-da adambaşına maye süd istehlakı 2010-cu ildən bəri 50 funtdan çox azalıb. Mövcud proqnozlara görə, bu göstərici 2035-ci ildə 117,3 funta, yəni təxminən 53,2 kiloqrama enəcək.

Monetar.az xəbər verir ki, 2025-ci ildə ABŞ-da pərakəndə süd satışlarının həcmi təxminən 42,7 milyard funt təşkil edib. Bu, 2020-ci ilin göstəricisindən 3,6 milyard funt azdır.

Məhsul kateqoriyaları arasında tam yağlı süd liderliyini qoruyur. 2025-ci ildə bu məhsulun satış həcmi 15 milyard funtu ötüb.

Süd istehsalında Kaliforniya və Viskonsin ştatları xüsusi yer tutur. Bu iki ştatın ümumi istehsalı 2025-ci ildə 70 milyard funtu keçib.

ABŞ-ın aparıcı süd məhsulları şirkətlərindən olan "Dairy Farmers of America"nın 2025-ci ildə satışlarının həcmi 23,1 milyard dollar təşkil edib.

Maye süd istehlakının azalmasına baxmayaraq, süd məhsullarına ümumi tələbat daha yüksək səviyyədə qalır. 2024-cü ildə ABŞ-da adambaşına düşən süd məhsulları istehlakı təxminən 651 funt olub.