Tikinti-quraşdırma işləri bahalaşıb: ən yüksək artım sosial təyinatlı binalardadır

Tikinti-quraşdırma işləri bahalaşıb: ən yüksək artım

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti-quraşdırma işlərinin istehsalçı qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artıb.

Monetar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2026-cı ilin III rübündə qiymətlər əvvəlki rüblə müqayisədə 0,4%, ötən ilin müvafiq dövrünə nisbətən isə 1,3% yüksəlib.

Doqquz ay ərzində yerüstü tikililər üzrə qiymət artımı 1,5% təşkil edib. Yaşayış evlərinin tikintisində qiymətlər 1%, sosial təyinatlı binalarda 2,2%, istehsal təyinatlı obyektlərdə isə 1,1% bahalaşıb.

Sosial təyinatlı tikililər arasında ən yüksək artım inzibati binalarda qeydə alınıb. Bu obyektlər üzrə qiymətlər 2,4%, ümumtəhsil məktəblərinin tikintisində isə 2,1% yüksəlib.

Yaşayış evlərinin tikintisində 5 mərtəbəyədək binalar üzrə qiymət artımı 0,7%, 6 və daha çoxmərtəbəli binalar üzrə isə 1,1% olub.

Yol və körpü tikintisi üzrə istehsalçı qiymətləri yanvar-sentyabr aylarında illik müqayisədə 1,4% artıb. Bu müddətdə yol tikintisi 1,5%, körpü tikintisi isə 0,7% bahalaşıb.