Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilib

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı

Noyabrın 24-də Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn təlim təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Təlim çərçivəsində iştirakçılara xidməti fəaliyyətin qiymətləndirilməsinin mahiyyəti, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları, müvafiq prosedurlar və tətbiq olunan düsturlar ətraflı izah edilib.

Bununla yanaşı, qiymətləndirmə prosesində yol verilən səhvlər və qarşıya çıxan problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.