Ədliyyə Nazirliyi 10,5 milyon SMS üçün 412 min manat ayırır

Ədliyyə Nazirliyi 10,5 milyon SMS üçün

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10 milyon 580 min 380 ədəd SMS xidmətinin satın alınması ilə bağlı tender elan edib.

Monetar.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında 24 noyabr 2026-cı il tarixində dərc olunan məlumata əsasən, satınalmanın ehtimal olunan qiyməti 412 min manat təşkil edir.

Beləliklə, nəzərdə tutulan satınalma həcminə əsasən, bir SMS-in orta ehtimal olunan dəyəri təxminən 3,9 qəpik təşkil edir.

Tender bir lot üzrə keçirilir. Təkliflərin təqdim olunması üçün son tarix 2027-ci il yanvarın 6-sı, saat 16:00 müəyyən edilib.