Nazirlər Kabineti aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət qaydasına dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı 24 noyabr 2026-cı il tarixli qərarla “Hava limanlarının (aeroportlarının) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Prezidentin 12 iyun 2026-cı il tarixli fərmanının icrası təmin olunub.
Dəyişikliyə əsasən, “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nın 2.1.8-ci yarımbəndi yeni redaksiyada verilib.
Beləliklə, “hava limanının istismarçısı” anlayışı bir və ya bir neçə hava limanını qanuni əsaslarla istismar edən dövlət orqanı (qurumu), fiziki və ya hüquqi şəxs kimi müəyyənləşdirilib.
Qeyd edək ki, sözügedən qayda Nazirlər Kabinetinin 22 sentyabr 2025-ci il tarixli 280 nömrəli qərarı ilə təsdiq edilib.