Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında güclü külək gözlənilir. Küləyin sürətinin saniyədə 28,4 metrədək yüksələcəyi proqnozlaşdırılır.
Monetar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.
Narıncı xəbərdarlıq Bakıda, Abşeron yarımadasında, Qobustan və Xızıda qüvvədə olacaq. Bu ərazilərdə cənub-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı bildirilir.
Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə isə sarı xəbərdarlıq verilib.
Həmin ərazilərdə cənub-qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.