“SpaceX”in sahibi İlon Mask bildirib ki, ABŞ-dakı hər bir uşaq şirkətin iki səhmini əldə edəcək. Səhmlərdən biri Maskın şəxsi payından, digəri isə şirkət tərəfindən veriləcək.
Bu açıqlama “SpaceX”in fəaliyyətdə olan hər bir “Trump account” hesabına yeni buraxılmış bir ədəd A sinifli səhm köçürəcəyini elan etməsindən sonra səsləndirilib. Səhmlərin bölüşdürülməsi mexanizmi və şərtləri hələ açıqlanmayıb.
Mask ötən ay da ABŞ-dakı hər bir uşağa bir “SpaceX” səhmi hədiyyə edəcəyini bildirmişdi. Şirkətin prezidenti Qvinn Şotvell və onun həyat yoldaşı da proqram çərçivəsində şəxsi səhm paketlərindən 2 milyondan çox uşağa pay ayıracaqlarını vəd ediblər.
“Trump accounts” 2025-ci ildə qəbul edilmiş “Working Families Tax Cuts” qanunu çərçivəsində yaradılan investisiya və pensiya yığım hesablarıdır. Hesab uşağın adına açılır və 18 yaşınadək valideyn və ya qəyyum tərəfindən idarə olunur. Onun fəaliyyət prinsipi fərdi pensiya hesablarına (IRA) bənzəyir.
MONETAR.AZ