Vətəndaşın bağladığı müqavilədə istehlakçı hüquqları məhdudlaşdırılıb

Vətəndaşın bağladığı müqavilədə

Fiziki şəxs Babayev Əliheydər Əbduləli oğlunun fəaliyyəti ilə bağlı istehlakçı hüquqlarının pozulması faktı qeydə alınıb.

Monetar.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, 12 oktyabr 2026-cı il tarixində istehlakçı ilə bağlanan müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər daxil edildiyi müəyyən olunub.

Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 16-cı maddələrinin tələblərinin pozulması hesab edilib.

Fakt İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə tövsif olunub.