Dünyanın ən yorucu 30 aviareysi - Nyu-York-Tokio marşrutu ilk sıradadır

Dünyanın ən yorucu 30 aviareysi  -

 Uzun məsafəli uçuşlar zamanı saat qurşaqları arasındakı fərq sərnişinlərin bioloji ritminə təsir göstərir. Dünyanın ən populyar 10 aviareysi reaktiv yorğunluq (jet lag) səviyyəsinə görə sıralanıb. Reytinqdə ilk sırada Nyu-York-Tokio marşrutu qərarlaşıb.

Monetar.az -ın “Destination” platformasının məlumatları əsasında hazırladığı araşdırmaya görə, Nyu-York-Tokio uçuşu 10 mümkün baldan 9,8 balla birinci olub.

Dünyanın reaktiv yorğunluq baxımından ən çətin 10 aviareysi aşağıdakılardır:

  1. Nyu-York-Tokio - 9,8 bal
  2. Los-Anceles-Sidney - 9,5 bal
  3. Los-Anceles-Tokio - 9,0 bal
  4. Nyu-York-Sinqapur - 8,8 bal
  5. Nyu-York-Sidney - 8,5 bal
  6. Nyu-York-Honkonq - 8,2 bal
  7. London-Tokio - 8,0 bal
  8. Nyu-York-Seul - 7,9 bal
  9. London-Sidney - 7,8 bal
  10. Nyu-York-Bali - 7,5 bal

Araşdırmada reaktiv yorğunluğun səviyyəsi hesablanarkən saat qurşaqları arasındakı fərq, uçuşun istiqaməti və yarımkürələr arasında hərəkət nəzərə alınıb. Şərq istiqamətində uçuşlara daha yüksək çəki verilib. Bunun səbəbi orqanizmin bioloji saatının şərqə doğru hərəkət zamanı yeni vaxt rejiminə uyğunlaşmasının daha çətin olmasıdır.

Qeyd edək ki, reaktiv yorğunluq yuxu rejiminin pozulması, diqqətin azalması və halsızlıq kimi hallarla müşayiət olunur. Reytinqdəki ballar tibbi ölçmələr deyil, uçuş xüsusiyyətləri əsasında hesablanmış göstəricilərdir.