Bu gün Bakıda futbol üzrə UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində “Sabah” və İspaniyanın “Barselona” komandaları üz-üzə gələcək. Qarşılaşmaya böyük maraq var və indiyədək paket satışlar da daxil olmaqla 50 min bilet satılıb.
Monetar.az xəbər verir ki, oyun saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qarşılaşmanın biletləri “iTicket” platforması vasitəsilə satışa təqdim olunub.
“Barselona” oyundan əvvəl Bakıda açıq məşq də keçirib. “Sabah”ın futbolçuları isə qarşılaşmaya uğurlu nəticə əldə etmək məqsədilə çıxacaqlarını bildiriblər.
Görüş UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində baş tutacaq.
Milli Həmrəylik küçəsində tətbiq ediləcək nəqliyyat məhdudiyyəti səbəbindən 18 müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.