“Gilan Qəbələ Aqrotexservis”də torpaq məsələsi müzakirəyə çıxarılır

“Gilan Qəbələ Aqrotexservis”də

28 dekabr 2026-cı il saat 11:00-da “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Monetar.az xəbər verir ki, yığıncaq Qəbələ rayonunun Hacallı kəndində yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar ASC-yə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqi vəziyyətin tənzimlənməsi və müvafiq qərarın qəbul edilməsi, həmçinin digər cari məsələlərdir.

Qeyd edək ki, hər bir səhmdar ümumi yığıncaqda şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak edə bilər. Nümayəndənin səlahiyyəti qanunvericiliyə uyğun qaydada tərtib edilmiş etibarnamə ilə təsdiqlənməlidir.