Bu gün "Aqrarkredit"in balansındakı 2 qeyri-yaşayış sahəsi hərraca çıxarılır

Bu gün "Aqrarkredit"in balansındakı

Bu gün “Aqrarkredit” QSC BOKT-un balansında olan iki qeyri-yaşayış sahəsi hərrac yolu ilə satışa çıxarılacaq. Əmlakların ümumi sahəsi 6 812,7 kvadratmetr, ilkin satış qiymətlərinin cəmi isə 1 milyon 687 min 500 manatdır.

Monetar.az xəbər verir ki, hərrac saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Satışa çıxarılan əmlaklardan biri Xətai rayonunda, Xudu Məmmədov küçəsində yerləşir. Sahəsi 1 265,5 kvadratmetr olan bu qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 237 min 500 manat, beh məbləği isə 1 187,5 manat müəyyən edilib.

Digər əmlak isə Xətai rayonunda, Tusi küçəsində yerləşir. 5 547,2 kvadratmetr sahəyə malik obyektin başlanğıc qiyməti 1 milyon 450 min manat, beh məbləği 7 250 manatdır.