Dünya əmtəə bazarlarında son bir saat ərzində qiymətli metallar, kənd təsərrüfatı məhsulları və enerji daşıyıcılarının qiymətlərində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Ən böyük ucuzlaşma platin, gümüş və mis bazarlarında, ən ciddi bahalaşma isə təbii qaz bazarında müşahidə olunub.
Monetar.az xəbər verir ki, qiymətli metallar arasında platin 5,04%, gümüş 4,96%, mis 4,73%, qızıl isə 1,99% ucuzlaşıb. Polad armaturun qiyməti 0,86%, dəmir filizinin (CNY) qiyməti isə 0,69% artıb.
Kənd təsərrüfatı məhsulları bazarında da azalmalar üstünlük təşkil edib. Qəhvənin qiyməti 2,91%, kauçukun qiyməti isə 2,02% aşağı düşüb. Əksinə, palma yağı 2,39%, kakao isə 2,24% bahalaşıb.
Enerji bazarında isə yüksəliş qeydə alınıb. Təbii qazın qiyməti 5,86% artaraq əsas bahalaşan əmtəə olub. Almaniyada təbii qazın qiyməti 2,84%, Böyük Britaniyada 2,82% yüksəlib.
Eyni zamanda, xam neftin qiyməti 1,62%, “Brent” markalı neftin qiyməti isə 1,38% artıb.