Avropada inflyasiyanın ən yüksək olduğu ölkələr 

Avropada inflyasiyanın

2026-cı ildə Avropa ölkələrində inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə fərqlənir. Rumıniya 6,5%-lik illik inflyasiya ilə qitədə ilk sırada qərarlaşıb. Litva və Bolqarıstan da qiymət artımının ən yüksək olduğu ölkələr sırasında yer alıb. İsveçrə və İsveç isə ən aşağı inflyasiya göstəricilərinə malikdir.

Monetar.az xəbər verir ki,  “Eurostat” və Böyük Britaniya Milli Statistika qurumunun məlumatları əsasında hazırlanan reytinqdə 31 Avropa ölkəsi üzrə inflyasiya səviyyəsi müqayisə edilib.

Reytinq 2026-cı ilin oktyabr ayı üzrə göstəricilərə əsaslanır. Bəzi ölkələr üçün son mövcud məlumat kimi sentyabr ayının göstəricilərindən istifadə olunub.

Avropada inflyasiyanın ən yüksək olduğu ölkələrin siyahısı belədir:

  1. Rumıniya - 6,5%
  2. Litva - 6,1%
  3. Bolqarıstan - 6,0%
  4. Yunanıstan - 5,6%
  5. İtaliya - 5,6%
  6. Kipr - 5,4%
  7. İslandiya - 5,4%
  8. Belçika - 5,2%
  9. Lüksemburq - 4,9%
  10. İspaniya - 4,9%
  11. Xorvatiya - 4,4%
  12. İrlandiya - 4,0%
  13. Polşa - 4,0%
  14. Portuqaliya - 3,9%
  15. Fransa - 3,8%
  16. Sloveniya - 3,8%
  17. Estoniya - 3,6%
  18. Avstriya - 3,5%
  19. Böyük Britaniya - 3,5%
  20. Finlandiya - 3,4%
  21. Norveç - 3,4%
  22. Niderland - 3,3%
  23. Latviya - 3,0%
  24. Slovakiya - 2,9%
  25. Almaniya - 2,8%
  26. Malta - 2,3%
  27. Çexiya - 2,2%
  28. Danimarka - 2,1%
  29. Macarıstan - 2,1%
  30. İsveçrə - 1,2%
  31. İsveç - 1,0%

Araşdırmada Avropada inflyasiyanın yenidən yüksəlməsində enerji daşıyıcılarının bahalaşmasının mühüm rol oynadığı bildirilir. Avrozonada illik inflyasiya oktyabrda 4%-ə çatıb. Sentyabrda bu göstərici 3,8% təşkil edib.

Enerji qiymətləri son 12 ayda 20%-dən çox artaraq ümumi inflyasiyanın təxminən yarısını formalaşdırıb. Yanacaq və elektrik enerjisinin bahalaşması nəqliyyat və istehsal xərclərini də artıraraq digər məhsul və xidmətlərin qiymətlərinə təsir göstərir.

Rumıniyada yüksək inflyasiyanın əsas səbəbləri arasında əlavə dəyər vergisinin və aksizlərin artırılması, elektrik enerjisi üzrə qiymət məhdudiyyətlərinin ləğvi, həmçinin enerji təchizatı ilə bağlı problemlər göstərilir.

Diqqətçəkən digər məqam İtaliyada inflyasiyanın 5,6%-ə çatmasıdır. Bu, Almaniyadakı 2,8%-lik göstəricidən 2 dəfə yüksəkdir.