“İnci Group of Companies” QSC-də istehlakçı hüquqlarının pozulması faktı qeydə alınıb.
Monetar.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, 14 oktyabr 2026-cı il tarixində qeyri-qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb.
Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Pozuntu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tövsif olunub.