“Deluxe City Hotel” rezervasiya zamanı müştəriyə düzgün məlumat verməyib

 “Deluxe City Hotel” rezervasiya zamanı
“Deluxe City Hotel” MMC-də istehlakçı hüquqlarının pozulması faktı aşkarlanıb.

Monetar.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, 30 oktyabr 2026-cı il tarixində hotel tərəfindən rezervasiya zamanı istehlakçıya zəruri və düzgün məlumat verilməyib.

Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Fakt İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə tövsif olunub.