“Araz Supermarket” MMC-də istehlakçı hüquqlarının pozulması faktı aşkarlanıb.
Monetar.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, 8 oktyabr 2026-cı il tarixində marketdə qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb.
Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Pozuntu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tövsif olunub.