ABŞ-da kommersiya neft və yanacaq ehtiyatları noyabrın 20-də başa çatan həftə ərzində artıb. Bu barədə Energetika İnformasiyası İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlarda bildirilir.
Məlumata görə, ölkənin kommersiya neft ehtiyatları 1,1 milyon barel artaraq 418,9 milyon barelə çatıb. Analitiklər artımın 1,5 milyon barel olacağını proqnozlaşdırırdılar.
Bunun əksinə, Oklahoma ştatındakı Kuşinq neft tədarük qovşağında ehtiyatlar hesabat dövründə 534 min barel azalıb.
Neft emalı zavodlarında emal həcmi sutkada 428 min barel artıb. Zavodların emal güclərindən istifadə səviyyəsi isə 1,8 faiz bəndi yüksələrək 97,5%-ə çatıb.
Benzin ehtiyatları 1,7 milyon barel artaraq 217,7 milyon barel təşkil edib. Bu göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Dizel və soba yanacağını əhatə edən distillat ehtiyatları isə 715 min barel artaraq 105,6 milyon barelə yüksəlib. Bu, analitiklərin gözlədiyi 1,3 milyon barellik artımdan aşağıdır.
MONETAR.AZ