Dünya əmtəə bazarında şəkər bahalaşıb, litium ucuzlaşıb

Dünya əmtəə bazarında şəkər bahalaşıb,

Dünya əmtəə bazarlarında məhsulların qiymətləri ötən gün fərqli istiqamətlərdə dəyişib. Kənd təsərrüfatı məhsulları arasında şəkər, qəhvə və qarğıdalı bahalaşdığı halda, metal bazarında litium karbonat və gümüşdə daha ciddi ucuzlaşma qeydə alınıb.

Monetar.az xəbər verir ki,  kənd təsərrüfatı əmtəələri arasında ən yüksək qiymət artımı şəkərdə qeydə alınıb. Belə ki, şəkərin qiyməti 4,30%, qəhvənin qiyməti 2,74%, qarğıdalının qiyməti isə 1,37% yüksəlib.

Metal bazarında ən böyük eniş litium karbonatın qiymətində müşahidə olunub. Bu məhsul 4,87% ucuzlaşıb. Gümüşün qiyməti 1,58%, alüminium ərintisinin qiyməti 1,27%, qızılın qiyməti isə 0,65% aşağı düşüb.

Enerji bazarında da qarışıq dinamika qeydə alınıb. Avropada təbii qazın qiyməti 4,70%, Böyük Britaniyada isə 5,88% azalıb. Almaniyanın THE qaz indeksində də 3,64%-lik eniş olub.

Bunun əksinə, neft qiymətlərində artım müşahidə edilib. Brent markalı neft 2,79%, WTI markalı xam neft 1,95%, təbii qaz isə 1,38% bahalaşıb.