Dünya bazarında qızılın qiymətində eniş davam edir. Qiymətli metalın bir troya unsiyasının dəyəri 3 450 dollar həddindən aşağı düşüb.
Monetar.az xəbər verir ki, son həftələrdə qızılın qoruyucu aktiv kimi mövqeyi zəifləyib, investorların diqqəti isə ABŞ dövlət istiqrazlarına yönəlib.
Fond bazarlarında eniş baş verdikdə investorlar satdıqları səhmlərdən əldə etdikləri vəsaiti ABŞ dövlət istiqrazlarına yatırırlar. Bu zaman istiqrazların qiyməti yüksəlir, gəlirliliyi isə azalır. Qızıl isə son dövrdə səhmlər və kriptovalyutalarla yanaşı ucuzlaşaraq daha çox spekulyativ aktiv kimi davranır.
Beləliklə, bazarlarda qeyri-müəyyənliyin artmasına baxmayaraq, investorların təhlükəsiz investisiya vasitəsi kimi qızıla deyil, ABŞ dövlət istiqrazlarına üstünlük verməsi qiymətli metalın qiymətinə əlavə təzyiq yaradır.