Digər qiymətli metallar bahalaşsa da, aylıq və illik itkilər davam edir

Digər qiymətli metallar bahalaşsa da, aylıq və illik

Gümüşün bir unsiyasının qiyməti 3,60% artaraq 41 500 dollara, platinin qiyməti 1,49% yüksələrək 1 285,70 dollara, palladiumun qiyməti isə 2,15% artaraq 866,25 dollara çatıb.

Bununla belə, həftə ərzində gümüş 6,73%, platin 4,65%, palladium 5,65% ucuzlaşıb. Aylıq itkilər müvafiq olaraq 24,10%, 16,42% və 15,75% təşkil edib.

İlin əvvəlindən bəri isə gümüş 41,40%, platin 37,15%, palladium 47,53% dəyər itirib.

MONETAR.AZ