Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 30 milyard dollara yaxınlaşır

Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 30 milyard

Rusiya və Qazaxıstan arasında ticarət dövriyyəsi 28 milyard dolları ötüb və 30 milyard dollara yaxınlaşır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin noyabrın 25-də Kremldə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşündə bildirib.

Putinin sözlərinə görə, iki ölkə arasında hesablaşmaların 90%-dən çoxu milli valyutalarla aparılır. Tokayev də ticarət dövriyyəsinin 30 milyard dollara doğru irəlilədiyini təsdiqləyib.

Qazaxıstan Prezidenti 178 birgə layihədən 124-nün artıq həyata keçirildiyini, digərlərinin isə icra mərhələsində olduğunu bildirib.

Bu arada, “Reuters”in məlumatına görə, Qazaxıstan və İraq OPEC+-dan neft hasilatı güclərinin qiymətləndirilməsinə yenidən baxılmasını istəyirlər. İlk müstəqil qiymətləndirmənin nəticələri 2027-ci il üçün hasilat kvotalarının müəyyənləşdirilməsində istifadə olunacaq.

OPEC+ ölkələrinin iclası noyabrın 29-na planlaşdırılıb. Görüşdə 2027-ci il üzrə hasilat siyasətinin müzakirə ediləcəyi gözlənilir.

MONETAR.AZ