İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti SMS məlumatlandırma sistemi üzrə dəstək xidməti və müddət məhdudiyyəti olmadan istifadəyə imkan verən SMS paketinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.
Monetar.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, satınalmanın ehtimal olunan qiyməti 241 531,25 manat təşkil edib.
Tenderin qalibi "ATA Texnologiya" MMC olub. Şirkətlə 235 262,50 manat mtəklif edib.
Beləliklə, təklif olunan qiymət ehtimal olunan qiymətdən 6 268,75 manat aşağı olub.
Qeyd edək ki, tender 6 oktyabr 2026-cı il tarixində elan edilib. Təkliflərin son təqdim olunma tarixi 29 oktyabr 2026-cı il olub.
Satınalmanın müsabiqə nömrəsi 2026/AT/05002/V1-dir.