FHN-in idarəsi 76,7 min manata hibrid avtomobili alır

FHN-in idarəsi 76,7 min manata

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi hibrid sedan tipli nəqliyyat vasitəsinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.

Monetar.az-ın eTender portalına istinadən məlumatına görə, satınalmanın ehtimal olunan qiyməti 78 800 manat təşkil edib.

Tenderin qalibi "Toyota Abşeron Center" MMC olub. Şirkətlə 76 700 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqə 8 oktyabr 2026-cı il tarixində elan edilib. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 29 oktyabr 2026-cı il olub.

Satınalmanın müsabiqə nömrəsi 2026/AT/05056/V1-dir.