Qeydiyyatda olan hər 52 işsizdən yalnız biri işsizlikdən sığorta ödənişi alır

Qeydiyyatda olan hər 52 işsizdən yalnız biri

2026-cı il oktyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251 min 247 nəfər olub. Onlardan yalnız 4 min 853 nəfəri işsizlikdən sığorta ödənişi alıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin iqtisadi rayonlar üzrə məlumatlarına əsasən, sığorta ödənişi alanların qeydiyyatda olan işsizlərə nisbəti təxminən 1,9 faiz təşkil edib.

Bu rəqəmlər bütün işsiz əhalini deyil, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış şəxsləri əhatə edir. Hesabatın başqa hissəsində noyabrın 1-nə qeydiyyatda olan işsizlərin sayı 253,8 min nəfər göstərilir. Bu iki göstərici fərqli tarixlərə aiddir.