Bakının inzibati rayonlarında muzdlu işçilərin sayı üzrə son bir ildə fərqli dəyişikliklər baş verib. Paytaxtın bəzi rayonlarında işçilərin sayı artdığı halda, Yasamalda nəzərəçarpan azalma qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə Yasamal rayonunda muzdlu işçilərin sayı 162 min 23 nəfər olub. Bu, ötən ilin eyni dövründəki 168 min 393 nəfərlə müqayisədə 6 min 370 nəfər və ya 3,8% azdır.
Bakıda ən yüksək artım isə Binəqədi rayonunda qeydə alınıb. Burada muzdlu işçilərin sayı bir il ərzində 6 min 440 nəfər və ya 9,2% artaraq 76 min 158 nəfərə çatıb.
Nizami rayonunda artım 5,6% və ya 3 min 660 nəfər, Xəzərdə 4,4% və ya 1 min 461 nəfər, Xətaidə isə 3,6% və ya 3 min 425 nəfər təşkil edib.
Rəqəmlər göstərir ki, Bakının bütün rayonlarında məşğulluq eyni templə dəyişmir. Xüsusilə Binəqədidəki artım və Yasamaldakı azalma diqqət çəkir.