Dünyaca məşhur oyunun ilk 3 gündəki satışları 45,5 milyon nüsxəyə çata bilər

Dünyaca məşhur oyunun ilk 3 gündəki satışları 45,5 milyon

Sony Group Corp. şirkətinin PlayStation bloqunda yayımladığı məlumata görə, noyabrın 22-nə olan vəziyyətə əsasən, PS5 istifadəçiləri “Grand Theft Auto VI” (GTA VI) oyununda ümumilikdə 683 milyon saat vaxt keçiriblər. Bir oyunçuya düşən orta oyun müddəti isə 17,4 saat təşkil edib.

Bu göstəriciləri təhlil edən Citi analitikləri yalnız PlayStation platformasında təxminən 34,1 milyon nüsxə GTA VI satıldığını hesablayıblar.

Satışların 75%-nin PlayStation, 25%-nin isə Xbox platformasının payına düşdüyü ehtimalını əsas götürən bank oyunun satışa çıxarıldıqdan sonrakı ilk üç gündə ümumi satış həcmini 45,5 milyon nüsxə səviyyəsində qiymətləndirib.

Müqayisə üçün qeyd edək ki, GTA V-in satışları üçüncü gündə ilk günün göstəricisindən təxminən 1,25 dəfə çox olmuşdu. GTA VI-da isə eyni dövr üzrə bu artım 1,4 dəfə təşkil edib.

Citi analitiklərinin fikrincə, daha yüksək artım tempi oyunun bazara daha güclü başlanğıc etdiyini göstərir. Bu, həm GTA VI-nın bütün satış dövrü ərzində əldə edə biləcəyi nəticələr, həm də oyunçuların GTA Online platformasına cəlb olunması baxımından müsbət siqnal kimi qiymətləndirilir.

MONETAR.AZ