2026-cı ilin yanvar-sentyabr aylarında Şəki-Zaqatala iqtisadi rayonunda orta aylıq nominal əməkhaqqı 694,7 manat təşkil edib. Bu, ölkə üzrə orta göstəricidən 478 manat azdır.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin iqtisadi rayonda ən aşağı orta əməkhaqqı Qax rayonunda qeydə alınıb - 586,4 manat.
Müqayisə üçün qeyd edək ki, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub. Şəki-Zaqatala iqtisadi rayonunun göstəricisi ümumi orta səviyyənin təxminən 59,3 faizinə bərabərdir.