Bitcoin bu gün 2% bahalaşaraq 60 397,8 dollara çatıb. Kriptovalyuta ötən həftə 57 min dollar ətrafında son iki ildən artıq müddətin minimumuna enmişdi.
Qiymət artımına fond bazarlarında bərpa və ABŞ-da Strateji Bitcoin Ehtiyatının qanunvericiliklə təsbit edilməsi təşəbbüsü dəstək verib.
Bununla belə, bazarda əhval-ruhiyyə zəifdir. “CoinMarketCap”ın qorxu və tamah indeksi “həddindən artıq qorxu” zonasındadır. Bitcoin 2025-ci ilin oktyabrındakı rekord qiymətindən 50%-dən çox ucuzlaşıb.
Bitcoin ETF-lərindən ardıcıl beşinci həftə vəsait çıxışı, eləcə də ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrda faiz dərəcəsini artıracağına dair gözləntilər kriptovalyutaya təzyiq göstərir.
MONETAR.AZ