Rusiyadan dizel yanacağı və qazoyl ixracı noyabrın 1-dən 19-dək 1,48 milyon ton təşkil edib. Bu, oktyabr ayının ümumi göstəricisindən 34,6% çoxdur. “S&P Global Commodities at Sea” məlumatlarına əsasən, bu, iyundan bəri ən yüksək göstəricidir.
Noyabrın 12-19-da həftəlik ixrac 27% artaraq 552 min tona çatıb. Yüklərin əsas hissəsi Primorsk və Novorossiysk limanlarından göndərilib. Bununla belə, noyabrda ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 45% azalıb.
Dizel yanacağı ixracı oktyabrda bərpa olunub. Baş nazirin müavini Aleksandr Novakın sözlərinə görə, ixrac qadağası 2027-ci ilin yanvar ayının sonunadək qüvvədə qalacaq, lakin bəzi şirkətlər üçün istisnalar nəzərdə tutulub.
“Kpler” noyabrda Rusiyadan dizel ixracının 2 milyon tondan az olacağını proqnozlaşdırıb. Bu arada, ayın əvvəlində Rusiyanın bir sıra regionlarında enerji infrastrukturuna ziyan dəydiyi, Kirişi neft emalı zavodunda isə yanğın baş verdiyi bildirilib.
MONETAR.AZ